Bir qəribə yuxu gördüm…

Ömür yolum- içimdəki vuruşlarım.
Mübarizəm-talem ilə yarışlarım.
Qədərimin yazıları-alnımdakı qırışlarım.
Kaş onları pozan ola! Təzəsini istəyimcə yazan ola!

Tutuşmuşam, çaxmaq yoxdur alışmağa,
Qaynayıram, təpərim yox, nə coşmağa, nə daşmağa.
Ürəyimin sözlərini oba-oba danışmağa
Dədə Qorqud timsalında ozan ola,
Bir qəribə yuxu gördüm, istəyimcə yozan ola!

Bəxtiyar Vahabzadə (1977)

Elnur haqqında

Founder of https://relinx.io
Bu yazı Şeirlər kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın